“Yazarların yazmadıqları” adlı kitab nəşr olundu

 

Edebiyyatqazeti.az xəbər verir ki, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri işıq üzü görüb. Bu, “Vektor” Nəşrlər Evi ilə əməkdaşlıq ortamında hazırlanmış “Yazarların yazmadıqları” kitabıdır (Bakı, “VEKTOR” – 2019; 132 səhifə).

Kitab DGTYB Məclisinin üzvü, “Gənclər mükafatı” laureatı Şəfa Vəli və ADAU-nun doktorantı İlham Ələkbərlinin tərtibçiliyi, Atatürk Mərkəzinin şöbə müdiri Əkbər Qoşalı və Binəqədi rayon, 28 may qəsəbə orta məktəbinin dil-ədəbiyyat müəllimi Sərdar Şirvanın redak­toruğu ilə hazırlanıb. Nəşrin rəyçiləri isə prof.dr. Elçin İsgən­dər­zadə, Əli Kərim adına Poeziya Klubunun direktoru İbrahim İl­yaslı və AMEA NİZAMİ adına Ədəbiyyat İnstitutunun kiçik elmi işçisi Gülnar Səmadır.

“Yazarların yazmadıqları”nda ən yeni nəsil Azərbaycan yazar­larının ( -Anar Gülümsoy, Çinarə Ömray, El­məd­din Nicat, Elşən Əzim, Faiq Hüseynbəyli, Fuad Cəfərli, Habil Rzanur, Rauf Qərib Alagöz, Şahanə Müşfiq, Şəmil Sadiq, Ulucay Akif, Vəfa Mürsəlqızı, Vüsal Oğuz və başqalarının – çoxu gənc olmaqla, toplam 33 yazarın) rastlaşdığı, başına gələn yaxud iştirakçısı olduğu maraqlı hadisələr yer alıb. Bu nəşr bir növ, 1979-cu ildə Kamran Dadaşovun tərtibçiliyi ilə gün üzü görən “Azərbaycan yazı­çı­larının həyatından dəqiqələr” kitabının varisi sayıla bilər.

Gələcəkdə nəşrin növbəti cildlərinin hazırlanması da nəzərdə tutulub.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!