Xalq yazıçısı Anar səfir Alfredo Portuondonu qəbul edib

 

Edebiyyatqazeti.az xəbər verir ki, Xalq yazıçısı Anar  Kuba Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Alfredo  Nieves Portuondonu və onun xanımı, konsul Alina Quesada Rodriguezi qəbul edib.

Görüş zamanı  Azərbaycan-Kuba münasibətlərinin tarixi və bu günü müzakirə edilib. Səfir Alfredo Portuondo görüş üçün təşəkkür etdikdən sonra Azərbaycan mədəniyyəti tarixində xüsusi rola malik Azərbaycan Yazıçılar Biriyi kimi bir qurumda olmasından məmnunluğunu ifadə edib. Daha sonra müasir Kuba Republikasının həm iqtisadi, həm elmi, xüsusən də səhiyyə sahəsindəki nailiyyətlərindən söz açıb, eyni zamanda Kuba ədibiləri ilə Azərbaycan ədibləri araında əlaqələrin  qurulmasını və vacibliyini dilə gətirib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Kuba səfirini və xanımını yazıçılar təşkilatında görməkdən məmnun olduğunu qeyd edib, bu ziyarəti əlamətdar hesab edib və qeyd edib ki, ispandilli ədəbi arealda xüsusi yerə və rola malik Kuba ədəbiyyatının  bugününü tanıtmaq və tanımaq vacib məsələdir, ona görə də yazıçılarımız arasında əməkdaşlıq olmalıdır.  Azərbaycanda “Nəsimi ili” elan olunmasını xatırladan xalq yazıçısı bunun  elə bütövlükdə ədəbiyyat ili demək olduğunu söyləyib və ümid edib ki, bu il həm də ölkələrimiz arasında  ədəbi əlaqələrin yeni müstəviyə çıxması ilə yadda qalacaq.

Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu,  Kuba Respublikasının ölkəmizdəki səfirinin köməkçisi, tərcüməçi Rəna Əliyeva da iştirak ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!