Gənc şair Gülnarə İsrafilin “İki” adlı yeni şeirlər kitabı işıq üzü görüb

 

Edebiyyatqazeti.az xəbər verir ki,  gənc şair Gülnarə İsrafilin “İki” adlı yeni şeirlər kitabı “Elm və təhsil” nəşriyyatında nəşr olunub.

120 səhifədən ibarət şeir toplusunda şairin son illərdə qələmə aldığı poetik nümunələri işıq üzü görüb. Kitabın redaktoru Zamiq Mehdisoy, ön söz müəllifi Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı, korrektoru Hikmət Orhundur.

“İki” müəllifin sayca ikinci kitabıdır.

Qeyd edək ki, 24 fevral, saat 15:00-da kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.

Maraqlanan hər kəs tədbirə dəvətlidir.

Ünvan: Fətəli Xan Xoyski prospekti, 214D (Keçmiş 140A)

Az 11 18 Baku, Azərbaycan Milli hüquq evi.(Nərimanov metrosunun yaxınlığı)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!