Edebiyyatqazeti.az xəbər verir ki, Ankarada düzənlənən 13-cü Ankara Kitab Sərgisi 15 fevral tarixindən açıq elan olunub.
Rəmzi Çayırın başçılığı ilə Eylül Fuarcılıq, Milli Təhsil Bakanlığı və KOSGEB işbirliyi və bir çox yazar və kitab yayın mərkəzləri tərəfindən düzənlənən sərgi 24 fevral tarixinədək davam edəcək.
Qeyd edək ki, ATO Congresium-da keçirilən sərgidə 300-dən artıq kitab yayım evi təmsil olunur. 600 minə yaxın ziyarətçinin qatılacağı gözlənilən sərgidə 10 minə yaxın kitab çeşidi sərgilənəcək.
Eyni zamanda bir çox ölkələrdən dəvət olunan yazarların oxucularla görüşü, şeir dinləmələrinin, konfrans və mühazirələrin keçirilməsi nəzərdə tutulub.
Ölkəmizi kitab sərgisində şair, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza təmsil edəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!