“Latın sükutu” - Fuad Cəfərlinin yeni şeirlər kitabı işıq üzü görüb

 

Gənc şair Fuad Cəfərlinin “Latın sükutu” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

Edebiyyatqazeti.az xəbər verir ki, şeirlər kitabı AYB Kitab layihəsi çərçivəsində çapdan çıxıb.

Kitabın ön söz müəllifi şair Səlim Babullaoğlu, korrektorları Tural Turan və Ulucay Akifdir. 76 səhifəlik kitabda şairin son illərdə qələmə aldığı şeirlər toplanıb.

 “Latın sükutu” Fuad Cəfərlinin oxucularla ikinci görüşüdür.

Qeyd edək ki, gənc şair Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin  üzvü və Prezident təqaüdçüsüdür.

Kitabın təqdimat mərasimi fevralın 23-də saat 14-00 da AMEA-nın “Akademkitab” kitab evində keçiriləcək.

Giriş sərbəstdir. Ədəbiyyatsevərlər dəvətlidir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!