Vaşinqtonda müxtəlif zamanlarda 2 mindən artıq dildə çap edilmiş “İncil” kitablarının nümayiş ediləcəyi muzey açılacaq.
Kitabxana-muzey artıq “İncil”in 600 dildə nəşr edilmiş müxtəlif nüsxələrinə sahibdir. Çatışmayan eksponatların isə ölkə xaricindən gətirilməsi nəzərdə tutulur.
Amerikalı milyarder Stiv Qrinin təşəbbüsü ilə 2014-cü ildə yaradılan muzeyin inzibati binasının tikintisinin bu ilin sonuna yekunlaşacağı planlaşdırılır. Layihəyə yarım milyard dollaradək sərmayə yatırmağı düşünən Qrinin 6 il öncə yığmağa başladığı şəxsi kolleksiyası ekspozisiyanın əsasını təşkil edəcək. Eksponatlar sırasında "Ölü dəniz əlyazmaları", Kilsə islahatlarının banisi Martin Lüterin məktubları”, “Misirdə tapılmış 9-cu əsrə aid dua”, “Rok kralı Elvis Presliyə məxsus olmuş İncil” və digər dəyərli nümunələr var.
Bu kolleksiyanı yığmaqda Qrinə peşəkarlar arasında "İncil arxeologiyasının İndiana Consu" adlandırılan tarixçi Skott Kerol yaxından kömək edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!