7 iyul tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud” poetikasına giriş - Dansökülən variant” kitabının təqdimat mərasimi keçiriləcək.
Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Əliş Mirzallı, rəyçilər AMEA-nın müxbir üzvü Muxtar İmanov, filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğludur. Monoqrafiya müəllifin “Gizli Dədə Qorqud” silsiləsindən çalışmalarının məntiqi davamıdır. Əsərdə qədim mətnlərin poetik qatı ilə bağlı orijinal və yeni yanaşma təqdim edilir. “Kitabi-Dədə Qorqud” kimi anaxronik, müxtəlif qədimlik dövrlərinin əlamətlərinə malik olan mətnlər üçün bu yanaşma bədiilik qatının immanent təhlil açarı ola bilər. Qədim yazılı abidənin müxtəlif poetik qatlarının bir-birindən ayrı təhlili sonrakı birgə təhlilin platformasına çevrilir. Mifologiya, yazılı abidələr, poetika, üslubiyyat, semiotika və semantika istiqamətində çalışanlar üçün maraqlı ola bilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!