Gerçək roman kimi təqdim olunan bu əsər müəllifin “Yaddaş kartı” romanının davamı - ikinci hissəsi kimi yazılıb. Doğulduğu kənd, yaşadığı şəhər və bu kəndin, şəhərin onun taleyində izi, acı xatirələr, dərvişmisalı keçən ömür yarıbədii, yarısənədli dillə təsvir olunur. Əsər bəzən xəyalla gerçəkliyin qovuşub itdiyi, nələrin xəyal, nələrin gerçək olduğu bilinməyən məqamlar, hadisələrlə zəngindir. Bu əsərdə təsvir olunan keçmiş dərvişanə həyatın sonu deməkdir. Beləcə, “Sonuncu dərviş”in ömür hekayəsi ilə bütöv bir çevrə qapanır...Bu, xanəşin həyatın, bir epoxanın sonudur”.
Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Kənan Hacının "Sonuncu dərviş" romanı “Xan” nəşriyyatında yaxın günlərdə çapdan çıxacaq. Kitabın naşiri Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!