Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı 83 yaşında dünyasını dəyişib.
Edebiyyatqazeti.az-ın məlumatına görə şair Fərhad İbrahimi 1936-cı ildə İranın Ərdəbil vilayəti Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açıb.
F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.
“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!