"Ayrı dünyaların rəngi" əsəri ekranlaşdırılacaq

 

Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, Hollivud aktyoru Nikolas Keyc amerika yazıçısı, jurnalist, qorxulu, mistik, elmi fantastik  janrlar müəllifi Hovard Fillips Lavkraftın "Ayrı dünyaların rəngi" fantastik əsərinə çəkilmiş filmdə rol alacaq.

Filmin rejissoru və ssenaristi - hamının "Dəmir" və "Doktor Moronun adası" filmlərindən yaxşı tanıdığı Riçard Stendlidir. Filmin istehsalı ilə SpectreVision kinostudiyası məşğul olacaq.

Filmin çəkilişinə bu ilin fevralında başlanılacaq. 

Qeyd edək ki, əsər 1927-ci ilin martında yazılıb və eyni ildə geniş ictimaiyyətə təqdim olunub. Əsər özündə qorxu, elmi fantastik elementləri əks etdirir. 

Əsərin süjeti Yeni İngiltərə əyalətində yaşayan ailənin başına gələn olaylardan ibarətdir. Belə ki, həmin əraziyə düşmüş sirli metioritdən ayrılan güclü şüalanma zamanla evin sahiblərini fiziki cəhətdən dəyişdirməyə başlayır və onları mutanta çevirir. 

Bilgi üçün söyləyək ki, əsərə bundan öncə də 4 dəfə müraciət edilib. Sonuncu dəfə  "Ayrı dünyaların rəngi" 2010-cu ildə ekranlaşdırılıb. 

Xəbəri rus dilindən Günel Eyvazlı tərcümə etdi.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!