Yazıçı Afaq Məsudun “Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.
Edebiyyatqazeti.az xəbər verir ki, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı “Sərçələr”, “Qəza”, “Can üstə”, “Dovşanın ölümü” kimi hekayələri daxil edilib.
Əsərləri ərəb dilinə azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.
Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur “Əl-Ahram”, “Elwatannews” qəzetləri, “Almasryalyoum.com”, “gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur “AssiaPress” portalında geniş yazılar verilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!