Yeni antologiya işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki, yeni - "Günəşin Nuru" adlanan antologiya işıq üzü görüb.

Layihəni gerçəkləşdirməkdə məqsəd gənc şairləri bir araya gətirmək, onları tanıtmaq və gənclərimizdə kitaba, ədəbiyyata maraq yaratmaqdır.

Layihə rəhbəri Esmira Günəş, antologiyanın ön söz müəllifi Gülnarə Sadiqdir. 

Qeyd edək ki, kitabın ilk təqdimat mərasimi 25 yanvar saat 14:00- da Bakı şəhər Xətai Rayon Mərkəzləşmiş kitabxana sistemi, Mərkəzi Kitabxanasında keçiriləcək.

Giriş sərbəstdir. Bütün ədəbiyyatsevərlər dəvətlidir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!