Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi "100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə" adlı layihə çərçivəsində gənc yazar, AzEdu.az təhsil portalının baş redaktoru Elmin Nurinin “Cümhuriyyət - anılar və anlar” kitabı çap olunub.
Edebiyyatqazeti.az xəbər verir ki, 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə - anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarət kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib.
Kitabın məsləhətçisi, millət vəkili dr.Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.Az” xəbər portalının baş direktoru Elşad Eyvazlıdır.
Kitabın "Önsöz"ünü AGF-nin İcraçı direktoru Fərid Cəfərov yazıb.
Qeyd edək ki, gənc yazarın bu mövzudakı ilk kitabı olan “Cümhuriyyət – anılar və anlar”, 100 yaşlı Cümhuriyyət mövzusunda sistemli araşdırmalar aparmış ziyalıların əsərlərindən bəhrələnərək hazırlanıb. Publisistik mətnlərdən ibarət kitab həm də bu mövzuda yazılan dəyərli əsərləri, Cümhuriyyəti ən müxtəlif yönləri ilə araşdıran fədakar tədqiqatçıları gənc oxuculara bir daha təqdim etməyi hədəfləyib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!