Məmməd İsmayılın tərcümə kitabı Parisdə nəşr edildi

 

Yeni ilin ilk günlәri Türkiyәdә yaşayan hәmyerlimiz şair Mәmmәd İsmayıl  üçün uğurla başladı.

Edebiyyatqazeti.az xəbər verir ki, Parisin “Éditions Institut Culturel de Solenzara” nәşriyyatı M.İsmayılın tәrcümәsindә Fransanın önәmli çağdaş şairlәrindәn olan Afanasi Vantçev de Sraysın “Sәssiz ıhlamurların ürkek uykusu” poemasını türk dilindә nәfis şәkildә nәşr etmişdir. Kitabda M.İsmayılın şair dostu haqqında giriş mәqalәsinә vә Vantçevin hәyat hekayәsinә dә yer verilmişdir.

Qeyd edәk ki, keçәn il eyni nәşriyyat bu poemanı yenә dә M.İsmayılın tәrcümәsindә Azәrbaycan türkçәsindә ayrıca kitab halında yayınlamışdı.

Yeri gәlmişkәn Fransız şairlә M.İsmayıl arasında dosluq әlaqәlәri iki ildir ki, davam edir. Fransız şair öz tәşәbbüsü ilә keçәn il Mәmmәd İsmayılın seçilmiş şeirlәr kitabını  Fransız dilinә tәrcümә edәrәk Parisdә nәşr etdirmişdi.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!