Daşkənddə özbək dilində çap olunan “Kitob dunyasi” qəzetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında geniş məqalə dərc olunub.
Alim və tərcüməçi Babaxan Şərifin yazdığı materialda Anarın həyatı və yaradıcılığı haqqında oxuculara ətraflı məlumat verilib.
Bildirilib ki, müasir Azərbaycan yazıçıları arasında Anar Özbəkistanda çox populyardır. Son illərdə Daşkənddə Anarın iki kitabı çap edilib. Hər iki kitab qısa müddətdə satılıb.
Məqalədə Anarın özbək ədəbiyyatına, bu xalqın yazıçı və şairlərinə böyük hörmət və ehtiram bəslədiyi, onun təşkilatçılığı ilə Bakıda hazırlanan nəşrlər və rəhbərlik etdiyi qurumdan da söhbət açılıb. Xalq yazıçısı bir təşkilatçı kimi də oxuculara təqdim olunub.
Xatırladırıq ki, “Kitob dunyasi” qəzetində müntəzəm olaraq Azərbaycan alimlərinin, şair və yazıçılarının məqalələrinə yer ayrılır. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!