Edebiyyatqazeti.az rus KİV-lərinə istinadən xəbər verir ki, FORBES jurnalı 2018-ci il üçün kitab satışından ən çox pul qazanan yazıçıların adını açıqlayıb. Bu müəlliflər il ərzində, birgə hesablansa, 283 milyon dollar gəlir əldə ediblər.
Reytinqdə birinci yeri Ceyms Patterson tutur. O, xəfiyyə Aleks Krossa həsr olunmuş silsilə detektiv əsərlərinin hesabına il ərzində 86 milyon dollar qazanıb.
İkinci yerdə ötən il birinci yeri tutmuş Coan Ronlinqdir. O, 54 milyon dollar gəlir əldə edib. 3-cü yerdə isə Stiven Kinq gəlir. Onun gəliri 27 milyon dollar təşkil edir.
Siyahıda həmçinin Con Qrişem (21 milyon), Ceff Kinni (18.5 milyon), Den Braun (18.5 milyon), Maykl Volf (13 milyon - O, bu məbləği ABŞ prezidentinin Admenistrasiyasına həsr olunmuş "Od və qəzəb" kitabına görə əldə edib), Daniella Stil (12 milyon), Nora Roberts (12 milyon), Rik Riordan (10.5 milyon) və Erik Leonard Ceyms (10,5 milyon) də var.
Qeyd edək ki, Patterson "İtmiş prezident" əsərini ABŞ-ın keçmiş prezidenti Bil Klintonla birgə qələmə alıb. Kitabın 600 min nüsxəsi artıq satılıb. Belə görünür ki, müəllif gələn il də birinciliyini əldən verməyəcək.
Mətni tərcümə etdi: Günel EYVAZLI
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!