Gənc şairin yeni kitabı işıq üzü gördü

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü gənc şair Tural Turanın yeni şeirlər kitabı işıq üzü görüb. 

"...və bütün qaranlıq otaqlar" adlı şeirlər toplusunda şairin son illərdə qələmə aldığı şeirləri cəmlənib. 

Kitabın Önsöz müəllifi Rüstəm Behrudi, redaktoru Emil Rasimoğludur. 

Kitab "Mono Group" Nəşriyyat - Poliqrafiya Mərkəzində çapdan çıxıb. Kitabın dizayneri Rafiq Ömərovdur.

Qeyd edək ki, "...və bütün qaranlıq otaqlar" müəllifin sayca 5-ci kitabıdır. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!