Qazaxıstanın önəmli dövlәt qәzeti “Aikyn” hәmyerlimiz şair Mәmmәd İsmayıldan yazdı

 

Edebiyyatqazeti.az xəbər verir ki, Qazaxıstanın önəmli  dövlәt qәzeti “Aikyn” (Aydınlık) 18 Noyabr tarixli son nömrәsindә “Türk dünyası aydınları “ rubrikasından  hәmyerlimiz şair Mәmmәd İsmayılın haqqında “Mağjan degende canı bölek” adlı geniş hecmli portret  mәqalә dәrc etmişdir. 

Mәqalәdә Mәmmәd İsmayılın keçdiyi uzun vә keşmekeşli hәyat yolundan, onun Türk dünyası ve dünmya әdәbiyyatındakı yerindәn, eyni zamanda şairin qazax әdәbiyyatının klassiklәri Mukagali Makatayev vә Oljas Süleymenovla şәxsi vә әdәbi dostluqlarına, habelә haqqında dünyanın müxtәlif sәnәtkarların söylәdiyi dәyәrli fikirlәrә yer verilmişdir. Mәqalәnin qәzetin әmәkdaşı Baydәulet Kanşayım xanım hazırlamışdır.

Qeyd edək ki, Mәmmәd İsmayılın әsәrlәri hәlә sovet dövründәn Qazaxıstanda yaxşı tanınmaqdadır.”Jazusu” nәşriyyatı 1989-cü ildә şairin “Jürәk odı” kitabını qazax dilindә nәfis şәkildә nәşr etmişdi.İki ay öncә isә Almatıda “Oljasın Kityapxanası nәşirlәr evi” “Çağdaş poeziya ustaları” seriyasından şairin rus dilindә “Meç Nadejdı” şeirlәr kitabını yayınlamışdı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!