Avropada arxeologiya ixtisası üzrə ilk azərbaycanlı elmlər doktoru

 

Edebiyyatqazeti.az xəbər verir ki, ötən həftə Fransanın Lion 2 Universitetində həmyerlimiz Nuridə Atəşi Qədirova müvəffəqiyyətlə arxeologiya ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etdi.

Tədqiqat əsəri "Mərkəzi və Cənubi Qafqazın Son Tunc-Erkən Dəmir dövrü Azərbaycanın Xocalı-Gədəbəy mədəniyyəti kontekstində: E.ə. 1300-700-cü yüzilliklər" mövzusuna həsr olunub. Müxtəlif ölkələrin universitet və elmi tədqiqat institutlarının mütəxəssislərindən təşkil olunmuş beynəlxalq jüri tədqiqat işinə böyük və önəmli qiymət vermiş, bu tədqiqatın beynəlxalq elm aləmində diskussiyaya səbəb olacağına diqqəti çəkmişdir. Dissertasiya işinin elmi rəhbəri Lion 2 Universitetinin professoru, xanım Mişel Kazanova, digər üzvləri isə professor Eric Thirault, Lion 2 Universiteti və Lion Şərq Arxeologiya İnstitutunun professoru Hejebri Nobari, rəyçi, (Tarbiət Modarne Universiteti Tehran, İran), Dr Marjan Mashkour, Azərbaycandan AMEA Naxçıvan bölmsinin professoru Vəli Baxşəliyev və başqaları müdafiədə iştirak etmiş və iddiaçının tədqiqatını qiymətləndirmişlər.

Qafqaz Tədqiqatları İnstitutu İnformasiya bölməsi


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!