Azərbaycanın Xalq yazıçısı Elçinin romanlarının Almaniyada yeni nəşrləri

Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə Berlinin “Pem Verlaq” nəşriyyatı bir-birinin ardınca Azərbaycanın Xalq yazıçısının “Ağ dəvə” və “Ölüm hökmü” romanlarını nəşr edib. Qeyd edək ki, “Ağ dəvə” romanı Qərbi Almaniyada ilk dəfə hələ 1989-cu ildə nəşr olunub və yüksək qiymətləndirilib. “Ölüm hökmü” romanının isə ilk nəşridir. Əsəri alman dilinə Karl Hermann Kiel tərcümə edib. Nəfis şəkildə çap olunmuş kitabın tərtibatçısı rəssam Yohn Viliam Vaterhousedir.

Xatırladaq ki, bu, Elçinin Almaniyada nəşr edilmiş sayca altıncı kitabıdır. Belə ki, 1980-ci illərdə Xalq yazıçısının “Mahmud və Məryəm” romanı nəşr olunmuş, sonradan həmin roman “XX əsrin məşhur romanları” seriyasından yenidən çap edilmişdir. Hazırda isə ədibin seçilmiş pyeslərindən ibarət kitabı alman dilində nəşrə hazırlanır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!