Firuz Mustafanın yeni kitabı Rusiyada üç dildə nəşr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, bu günlərdə Rusiyanın “Ridero” nəşriyyatında  yazıçı Firuz Mustafanın daha bir əsəri üç dildə işıq üzü görüb. Belə ki, müəllifin “Dəniz köçü” əsəri ingilis, fransız və rus dillərində nəşr olunub. Əsəri ingiliscəyə Sevil Gültən, fransızcaya Cavanşir Əziz, ruscaya Dinara Gərəkməzli və İradə İsmayılova tərcümə ediblər.

Qeyd edək ki,  “Dəniz köçü” povest-pritçası ölkəmizdə müxtəlif nəşriyyatlar tərəfindən doqquz dəfə işıq üzü görüb, bir sıra dərslik və müntəxəbatlara da daxil edilib. İnsanla təbiətin qarşılıqlı harmoniyasından bəhs edən bu kəskin süjetli əsər hər kəs tərəfindən rəğbətlə qarşılanıb.

Əsəri “ЛитРес”, “amazon”, “ozon.ru” saytlarının kitab mağazalarından almaq, habelə dünyanın istənilən nöqtəsindən sifarişlə əldə etmək mümkündür.

Xatırladaq ki, bu ilin oktyabrında yazıçının üç əsəri “Ridero” nəşriyyatı tərəfindən çap olunub. İlk üçcildliyə müəllifin nəsr əsərləri, dramaturji və fəlsəfi əsərləri daxil edilib. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!