Xalq yazıçısı Elçinin "Baş" romanı qısa müddət ərzində respublikamızdan kənarda da geniş yayılmağa başlamış, beynəlxalq ədəbi marağa səbəb olmuşdur. Roman Moskvanın "Художественнайа литература» nəşriyyatında rus dilində nəşr olunduqdan sonra, kütləvi oxucular üçün nəzərdə tutulmuş və məşhur əsərləri çap edən «Роман-газета» da iyun nömrəsini başdan-başa "Baş" romanının çapına həsr etmişdir.
Artıq bir sıra xarici ölkə nəşriyyatları romanı tərcümə və nəşr etmək üçün müraciət etmişdir. Bu günlərdəisə Kişinyovun «Едитура АРС» nəşriyyatı "Baş" romanını moldov dilində nəfis şəkildə nəşr etmişdir. Əsəri moldov dilinə Aleksandru Vakulovski tərcümə etmişdir.
Bu Elçinin Moldovada nəşr edilmiş 3-cü kitabıdır. "Baş romanı hazırda türk, ingilis və alman dillərində İstanbul, London və Köln nəşriyyatlarında hazırlanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!