Gənc şair Şahanə Müşfiqin “Şahanənin nağılı” adlı yeni kitabı işıq üzü görüb. Bu haqda Edebiyyatqazeti.az-a müəllifin özü məlumat verib.
“Mütərcim” Nəşriyyatında nəfis tərtibatda hazırlanan kitab Azərbaycan Yazıçılar Birliyinin “aybKitab” layihəsinin nəşridir. Layihənin rəhbəri Xəyal Rzadır.
Kitabda müəllifin son illərdə yazdığı müxtəlif mövzulu şeirləri yer alıb.
Qeyd edək ki, "Şahənənin nağılı" müəllifin ilk şeirlər kitabı, oxucularla ikinci görüşüdür.
Nəşrin önsöz müəllifi Xalq şairi Sabir Rüstəmxanlı, redaktoru Xəlil Adıgözəl, korrektorları Rəvan Mahmudzadə, Xəlil Adıgözəl, dizayneri Ülkər Qasımovadır. Üz qabığındakı müəllif fotosu Nofəl Ümidə aiddir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!