Xalq yazıçısı Anarın yeni kitabı çap olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səhər-səhər” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda müəllifin 2017-ci ildə “525-ci qəzet”də dərc olunmuş şənbə yazıları - esseləri və publisistik məqalələri toplanıb. “Səhər-səhər” və “Başqa yazılar” adlı iki hissəyə bölünən kitabın “Ön söz” müəllifi “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Son söz”ünün müəllifi isə Anar yaradıcılığının tədqiqatçısı Pərvindir. Kitabın üz qabığındakı “Səhər” fotosu müəllifin özünə, arxa qabığındakı “Səhər” tablosu isə Xalq rəssamı Tahir Salahova aiddir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!