Məmməd İsmayıl Dünya Şeir festivalında iştirak edib - FOTOLAR

 

Həmyerlimiz şair Məmməd İsmayıl sentyabrın 25-dən 30-na qədər Qaradağ respublikasında keçirilien  Dünya Şeir festivalında iştirak etmişdir. Bunu edebiyyatqazeti.az-a şairin özü söyləyib.

Festival Rumınya və Qaradağ Mədəniyyət və Turizm nazirliklərinin, eləcə  də  mərkəzi ofisi Rumınyanın Krayevo şəhərində yerləşən Beynəlxalq Mixail Emuneski  və  Karadağ Dukla Elm və Sənət Akademiyaları tərəfindən dünyanın  ədəbiyyatının önəmli klassikləri arasında yer alan rumın Emunesku ve qaradağlı Neqoşun şərəfinə təşkil olunmuşdu.

Festivalda Yeni Zellandiya, İrlandiya, İtalya, Ukrayna, Türkiyə, Moldova, Macarıstan, Albanya və Kosovadan gələn şairlər iştirak etmişdir. Şairlər oxucularla görüşlərdə  şeirlərini öz dillərində oxumuş, sonra isə oxunan şeirlərin tərcümələri səsləndirilmişdir. Məmməd İsmayılın şeirlerini Karadağ ədəbiyyatrının  canlı klasiksi Dukla Elm və Sənət Akademiyasının  prezidenti  akademik Sreten Petroviç tercüme etmişdir. Şairin  ölkənin məşhur qiraət ustalarından olan İvona Kovaçın ifasında  təqdim olunan ”Tanrı bilər”,”Biz dörd nəfər idik” və “Unutduğun yerdəyəm “ şeirləri  dinləyicilər tərəfindən böyük maraqla  qarşılanmışdır. Görüşlərdə oxunan şeirlər Qaradağda hazırlanan  “Dünya şeir antologiyasında” yer alacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!