Daşkənddə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub

 

Daşkənddəki “Kamalak” nəşriyyatında Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) və “Kaspi” Təhsil Şirkətinin birgə layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın “Dünya yuxutək əriyir...” şeirlər kitabı özbək dilində çap olunub.

“Dünya yuxutək əriyir...” şeirlər kitabının tərtibçisi və “Ön söz”ün müəllifi AMM-nin direktoru Samir Abbasov, tərcüməçisi Şəhla Qasımovadır.

Nəşrdə müəllifin “Mənə güc ver, Allahım”, “Elegiya”, “Tək deyilsən”, “Sevgi və nifrət”, “Kor olmuşam”, “Şeirim”, “İnsanlar”, “Getmə”, “Bakı” və s. şeirləri ilk dəfə olaraq özbək oxucularına təqdim olunub. 

Qeyd edək ki, Leyla xanım Əliyevanın şeirləri indiyə qədər “Kaspi” qəzeti və “Kaspi” təhsil şirkətinin “Azərbaycan ədəbiyyatını tanıdaq!” devizi altında həyata keçirdiyi layihələr çərçivəsində türk və fars dillərində İstanbul və Tehranda nəşr edilib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!