Milli Kitabxanada “Turan Cavid-95” adlı kitab sərgisi açılıb

 

Oktyabrın 2-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli teatrşünas, Əməkdar mədəniyyət işçisi Turan Cavidin 95 illiyi münasibətilə “Turan Cavid-95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, rəy verdiyi, “Ön söz” yazdığı, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Hər kəsin ziyarət edə biləcəyi sərgisi bir həftə ziyarətçilər üçün açıq olacaq.

 

/Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!