"Ulduz" jurnalının yeni sayı ədəbiyyatşünas alim Rüstəm Kamalın ekspert rəyi ilə açılır.
Filologiya elmləri doktoru Elnarə Akimovanın "Özüylə söhbəti" və "Adil Mirseyid - bu adam qarasevdalı bir şair" məqaləsi də bu sayda təqdim olunur.
Xanım Aydın və Vüsal Nurunun xalq yazıçısı Anarla söhbətlərinin təəssüratları da bu sayın maraqlı yazılarındandır.
Ruslan Dost Əlinin (Qazaxıstan), Fazil Vəliyevin (Tatarıstan), Vaqif Bəhmənlinin, Mina Rəşidin, Saqif Zeynalın, Elmaz Eyvazın, Rizvan Nəsiboğlunun yeni şeirləri, professor Rüstəm Kamalın ədəbiyyatşünas alim Azər Turanın 55 yaşına ünvanladığı "Ömür deyilən söz kimi" adlı essesi, C.M.Bəydilinin türk ədəbiyyatı örnəklərindən uyğunlaşdırmaları da bu sayın maraqlı materiallarındandır.
Jurnal Cavanşir Yusiflinin "Azərbaycan Cümhuriyyəti məfkurəsi və bədii ədəbiyyat" məqaləsini, gənc yazarların hekayələrini də oxuculara təqdim edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!