SUMQAYITDA “SÖZ –2018” POEZİYA BAYRAMI qeyd olunub

 
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin təşəbbüsü və təşkilatçılığı ilə Poeziya evində  “Söz - 2018” Poeziya bayramı keçirilib.
           
AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ideya müəllifi şair Sabir Sarvanın olduğu bu bayramın şəhərdə hər il geniş şəkildə qeyd edildiyini vurğulayıb. Bu ənənənin davam etməsini sözün qüdrətinin tənətənəsi kimi dəyərləndirib. Bu tədbirin araya-ərsəyə gəlməsində dəstək olan hər kəsə öz təşəkkürünü bildirib.
 
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Birliyin mətbuat katibi, şair Xəyal Rza və başqaları iştirak edib. 
 
 S. Vurğun adına Mərkəzi kitabxananın gerçəkləşdirdiyi klassiklərin və yerli yazarların kitablarından ibarət sərgi  isə tədbirə  fərqli ovqat qatıb. 
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!