"Kardeş Kalemler"in yeni sayında

 

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyədə nəşr olunan "Kardeş Kalemler" adlı Avrasiya ədəbiyyat dərgisinin yaxın günlərdə işıq üzü görən sayında tanınmış şair və yazıçılarımızın, ədəbiyyat xadimlərimizin yaradıcılığına yetərincə yer ayrılıb. Belə ki, dərginin bu sayı tanınmış şair Firuzə Məmmədlinin yeni şeirləri və Məmməd İsmayılın moldovalı həmkarı Nikolay Dabija haqqında məqaləsi ilə açılır. Gənc şair İntiqam Yaşarın şeirləri isə Oqtay Hacımusalının uyğunlaşdırılmasında işıq üzü görüb. Ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan isə dərginin bu sayında "Əli bəy Hüseynzadə" və "İttihad və tərəqqi cəmiyyəti" məqaləsi ilə çıxış edib. 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!