Metodik vəsait çap olunub

 

 

Ədəbiyyatşünas alim, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turanın 55 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının xətti ilə "Qəlbi Turan olan Azər Turan" metodik vəsaiti işıq üzü görüb. Yeni nəşr mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları üçün hazırlanıb. Aynur Əliyeva və Sevil Əhmədovanın tərtibçiliyi ilə nəşr olunan metodik vəsaitin redaktoru Könül Ağazadə, ixtisas redaktoru və buraxılışına məsul əməkdar mədəniyyət işçisi Şəhla Qənbərovadır.

Metodik vəsaitdə Azər Turanın elmi və publisistik yaradıcılığı barədə əhatəli məlumat verilir. Vəsait iki bölmədən ibarətdir. Birinci bölmədə A.Turanın həyatı, ikinci bölmədə isə onun yaradıcılığından söz açılır.

Metodik vəsaitin "Ədəbiyyat siyahısı"nda isə ədəbiyyatşünas alimin nəşr olunan əsərləri, dövri məlumatda çap edilən məqalələri və haqqında yazılanlar barədə -  xalq yazıçısı Anarın, akademiklər İsa Həbibbəyli və Nizami Cəfərovun, xalq şairləri Zəlimxan Yaqub və Söhrab Tahirin, tənqidçi Elnarə Akimovanın yazılarının siyahısı və həmin yazıların nəşr tarixləri qeyd olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!