"Ailə dəyərlərini simvollaşdıran kultlar" toplusu nəşr olunub

 

"Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 15 may-10 sentyabr 2018-ci il tarixində "Ailə dəyərlərini özündə simvollaşdıran kultların təbliği məqsədilə tədbirlərin təşkili" mövzusunda layihəsini həyata keçirib.

Keçirilən tədbirlər zamanı "Zəka işığında" Milli Dəyərlərin Təbliğinə Yardım İctimai Birliyinin sədri, filologiya üzrə fəlsəfə doktoru, Cəmilə Çiçək (İsbəndiyarova) layihə haqqında ətraflı məlumat verib. Fəaliyyətlərinin əsas məqsəd və mövzusu haqqında danışan çıxışçı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına layihəyə, eyni zamanda "Ailə dəyərlərini simvollaşdıran kultlar" elmi-kütləvi kitabının nəşrinə və saytın fəaliyyətinin gücləndirilməsinə maliyyə yardımı göstərdiyinə  görə minnətdarlığını bildirib. 

Bakı Dövlət Universitetinin professoru Əyyub Əzizov əhatəli çıxışında tədbirin əhəmiyyətini vurğulayıb, milli ailə dəyərlərimizin qorunmasının vacibliyini qeyd edib, təqdimatı keçirilən araşdırma kitabının və saytın maraqlı tərəfləri haqqında söz açıb. Tanınmış jurnalist İntiqam Mehdizadə kitabın soykökümüzə bağlılıq, ailə dəyərlərinin bütün zamanlardakı forma və məzmunu barədə yaxşı mənbə rolu oynayacağını bildirib. Alimlərdən Mənsur Cəfərov, Elçin Muradxanlı, Əziz Ələkbərli, Cəsarət Camalov, publisist-şair Məhəmməd Nərimanoğlu, Adil Həmid, Əlirza İsbəndiyarov, Rövşən Hüseynov, Fəxrəddin Meydanlı, şairə Nuridə Misir, Türkiyədən tədbirə qatılan şairə Nihayət Ağçay, QHT rəhbəri Seymur Əzəmmədov və başqaları mövzu ilə əlaqədar ictimai dinləmələrin vacibliyini söyləyərək Cəmilə Çiçəyin (İsbəndiyarova) müəllifi olduğu "Ailə dəyərlərini simvollaşdıran kultlar" elmi-kütləvi kitabın və http://www.zekaishiginda.az  saytının dəyərli tərəflərindən söz açıblar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!