Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib

 

Bakı Kitab Mərkəzində Milli Musiqi Gününə həsr olunmuş musiqi axşamı təşkil olunub.

Tədbirdə Xalq artisti Mənsum İbrahimov və “Qarabağ” muğam üçlüyü, Xalq artistləri Murad Hüseynov, Gülnaz İsmayılova, Ülviyyə Hacıbəyova, Əməkdar artist Elnarə Kəbirlinskaya iştirak ediblər.

Gecədə Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi bəstəkarın həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi çoxsaylı töhfələrdən danışılıb.

Xalq artisti Mehriban Zəki Nəsimi, Məhsəti Gəncəvi, Mikayıl Müşfiq, Rəsul Rza və Vaqif Səmədoğlunun şeirlərini oxuyub. /Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!