Ceylan Mumoğludan yeni kitab - “Qurbağa öpüşü”

 
Sentyabrın 23-də, saat 14:00-dan 16:00-dək "BookZone" Kitab evində Parafraz Nəşrləri-nin ilk kitabı olan yazıçı Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı olacaq.
 
Parafraz-ın məlumatına görə, topluda 12 müxtəlif səpkili hekayə yer alıb. Hekayənin hər biri özlüyündə müəyyən problemlərdən qurtulmağın açarını daşıyır. 
 
Daha çox hisslərə müraciət edən mətnlərdə sevginin təkcə insana yönəldilməsinin yanlış nəticələr doğuracağına, insanlığın xilasının bəşəri düşüncə, irfani yanaşmada ola biləcəyinə işarə edilir.
 
Ünvan: Bəxtiyar Vahabzadə 5, Bakı Dövlət Universiteti ilə üzbəüz, "Expressbank" olan binanın 3 mərtəbəsi.
 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!