“NİJNİY NOVGOROD” JURNALININ SƏHİFƏLƏRİNDƏ

 

Rusyanın önəmli ədəbiyyat jurnallarından biri olan “Nijniy Novqorod”un sonuncu nömrəsində həmyerlimiz şair Məmməd İsmayılla geniş müsahibə dərc edilib. Müsahibədə Rus, Azərbaycan, Türk ədəbi əlaqələrinə, dünya ədəbiyyatında gedən son ədəbi olaylara və s. geniş yer verilmişdir. Müsahibəni Rusyanın önəmli qadın yazıçılarından biri qəhramanları Lenin, Stalin, N.Allulyeva və Nadejda Krupskaya olan “Qaçış”,”Bellona,” “Əskər və Çar”,”Torpaq”, “Cənnət” vəs. romanların müəllifi, Beynəlxalq Qonçarovski(2015), Kuprin (2016) Hemenquey(2017), Slavyan ədəbiyyatı forumu mükafatları laueratı, Bunin mükafatı diplomantı, musiqiçi, senarist, “Nijniy Novqorod” jurnalının redaksiya heyyətinin üzvü Yelena Kryukova aparmışdır.

 M.İsmayılla Y.Kryukova bu ilin mart ayında Rusyanın Nijniy Novqorod şəhərində keçirilən beynəlxalq Maksim Qorki fesitvalında tanış olmuşlar. Və bu tanışlıq sonralar ədəbi dostluğa çevrilmişdir.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!