Leykozdan əziyyət çəkən yazıçı, jurnalist Nigar İSMAYILQIZI ağır xəstəlikdən sonra 34 yaşında vəfat edib.
2018-ci ildə onda xərçəng xəstəliyi aşkar edilmişdir. 3 sentyabr 2018-ci ildə Hacəttəpə xəstəxanasına yerləşdirilmiş Nigar İsmayılqızının bu vəziyyətində ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət etmişlər. Bu kompaniyaya ölkə ziyalıları tərəfindən dəstək nümayiş etdirilmişdir.
Qeyd edək ki, Nigar İsmayılqızı Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü idi. "Bakıdan Nazim keçdi" adlı sənədli filmin ssenari müəllifi və rejissoru idi. Bundan əlavə, Aprel savaşlarından təsirlənərək "Ölsəm...Yaşat" adlı sənədli filmin ssenari müəllifi idi.
O, 1984-cü il sentyabrın 13-də Şabran şəhərində dünyaya gəlib. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində uzun illər müəllim olaraq, həmçinin AzTv, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçərək orada da televiziya sahəsində işləyib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!