AY Bəniz ƏLİYARIN yeni kitabı çapdan çıxıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Ay Bəniz Əliyarın  “Darıxmaq” adlı şeirlər kitabı yenicə çapdan çıxıb.

Kitabda müəllifin müxtəlif dövrlərdə qələmə aldığı şeirləri toplanıb.

Kitab müəllifin sayca yeddinci kitabıdır. Şeirlər kitabının redaktoru AYB Şabran bölməsinin sədri, yazıçı-publisist Aydın Tağıyevdir.

Qeyd edək ki, 256 səhifədən ibarət olan kitab “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!