Türkiyədə nəşr olunan "Bizim Külliye"nin 77-ci sayı Azərbaycan ədəbiyyatına həsr olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyənin  3 aylıq kültür və sənət dərgisi olan "Bizim Külliye"nin 77-ci sayı Azərbaycan ədəbiyyatına həsr olunub.

Jurnalda Türkiyənin bir çox tanınmış qələm adamlarının ədəbiyyatımızla bağlı mənzərə yaratmağa xidmət edən yazıları ilə birgə azərbaycanlı müəlliflərin də mətnləri yer alıb. Poeziya bölümündə Məhəmmədhüseyn Şəhriyar, Əli Kərim, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Musa Yaqub, Məmməd İsmayılın, Qalib Şəfahətin şeirləri, nəsr bölümündə Cəfər Cabbarlının "Dilbər", Mir Cəlal Paşayevin "Heykəl yıxıldığında", Əlabbasın "Müsafir hazırlığı" hekayələri, ədəbi tənqid bölümündə isə tənqidçi Elnarə Akimovanın "Çağdaş Azerbaycan edebiyatına kısa bir bakış" məqaləsi çap olunub.

Jurnalın bu sayının ərsəyə gəlməsində əməyi keçən Abdulkadir Özkan və Nihat Büyükbaşa ədəbiyyatımıza göstərdiyi diqqətdən dolayı təşəkkürümüzü bildiririk!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!