Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran Milli Arxiv İdarəsindən əldə edilərək Azərbaycana gətirilib.
Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruzun sözlərinə görə şöbə rəhbərliyinin göstərdiyi səylər öz nəticəsini verib. Azərbaycan klassik ədəbiyyatına aid olan bir neçə əlyazma kitabı İran Milli Arxiv İdarəsindən əldə edilərək Azərbaycana gətirilib.
Həmin kitablar - İmadəddin Nəsiminin Türkcə divanı, Qovsi Təbrizinin divanı, Əlişir Nəvainin divanı, Füzulinin "Həqiqətüs-süəda" əsəri, "Qiyamətnamə", "Məclisi-kəşkul", "Bayquşnamə", "Müqəddəmətül-ədəb" və "Dəri-Türki" sözlük kitablarıdır.
Qeyd edək ki, bu kitablar ilk dəfədir ki, Azərbaycana gəlib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!