Yazıçı Eyvaz Zeynalovun hekayələr kitabı Türkiyədə çap edilib

 

Yazıçı Eyvaz Zeynalovun hekayələr kitabı Türkiyədə çap edilib.

Yazıçının söylədiyinə görə “Borc dəftəri” adlı hekayələr toplusundan ibarət kitab İstanbulda “Anatolia” yayın evində işıq üzü görüb. 135 səhifəlik kitabda 12 hekayə toplanıb.

Qeyd edək ki, “Borc dəftəri” yazıçının Türkiyədə Türkiyə türkcəsində çap olunan sayca beşinci kitabıdır. Qarabağ hadisələrindən bəhs edən “Kara(b)ağlayan hikayeler” adlı ilk kitabı 2011-ci ildə Ankarada “Bengü” neşriyyatında, “Eski bisiklet” adlı ikinci  hekayə kıtabı 2015-ci ildə İstanbulda “Ferfir” yayın evində, üçüncü “İntikam” romanı 2017-ci ilin fevral ayında İstanbulda “Anatolia” nəşriyyatında çap olunub. 2017-ci ilin oktyabr ayında isə həmin nəşriyyatda “Komşunun misafiri” hekayələr kitabı buraxılıb.

“Borc dəftəri” də daxil olmaqla sonuncu üç kitabı Türkiyə türkcəsinə  Ömər Küçükmehmətoğlu çevirib.

 Qeyd edək ki, yazıçının hekayələri Türkiyədə kitab şəklində çap olunmaqdan əlavə bir çox dərgi və  saytlarda da yayımlanır.

 

  


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!