Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Ölkəmizin də təmsil olunduğu sərgi-yarmarkada yer alan stendimizdə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərin ixtiyarına verilib.
Mədəniyyət Nazirliyindən bildirilib ki, sərgi-yarmarkada 30-dan çox ölkədən 150-yə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak edir.
Stendimizə çoxsaylı kitabsevərlərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də maraq göstərir, onlarla gələcək əməkdaşlıq imkanları müzakirə olunur. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!