Ölkəmiz Moskvada beynəlxalq sərgi-yarmarkada təmsil olunacaq

 

Sentyabrın 5-də Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Sentyabrın 9-dək davam edəcək sərgi-yarmarkada Mədəniyyət Nazirliyinin təşkilatçılığı və iştirakı ilə ölkəmizin mədəniyyəti, milli nəşrlər nümayiş olunacaq.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Azərbaycan stendində ziyarətçilərə ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu təqdim ediləcək. Sərgi çərçivəsində müxtəlif nəşriyyatlarla, digər aidiyyəti qurumlar və ədəbi, mədəni təşkilatlarla görüşlər də planlaşdırılır. /Azərtac/

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!