Edebiyyatqazeti.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Yeni İsveç Akademiyası ədəbiyyat üzrə 2018-ci il üçün Alternativ Nobel Mükafatının finalçılarının adını öz saytında yayımlayıb.
Siyahıya adı düşmüş dörd finalçı bunlardır:
1. Haruki Murakami (Yaponiya)
2. Nil Qeyman (İngiltərə)
3. Mariz Konde (Fransa)
4. Kim Txui (Vyetnam - Kanada)
Göründüyü kimi öndə adı hallanan iki kişi müəllif dünyaca tanınmış yazıçılar, digər iki qadın yazıçı isə ədəbiyyat aləmində elə də geniş oxucu çevrəsi olmayan yazarlardır.
Qeyd edək ki, növbəti mərhələdə laureatları münsiflər heyəti seçəcək.
Münsiflər heyətinin adını bu linkə daxil olmaqla öyrənmək olar: https://www.dennyaakademien.com/jury
Qalibin adı 12 oktyabr tarixində məlum olacaq. Böyük mükafatlandırma tədbiri 9 dekabr tarixində keçiriləcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!