“Türkiyə ədəbiyyatı antologiyası” Azərbaycan dilində

 

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – “Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) kitabı işıq üzü görüb.

Tərcümə Mərkəzdən bildirilib ki, səkkiz əsr ərzində yaradılmış poetik irsi əhatə edən Türkiyə poeziyasının ümumi mənzərəsini küll halında Azərbaycan oxucusuna təqdim edən kitabda Şəyyad Həmzə, Cəlaləddin Rumi, Yunus Əmrə, Qaracaoğlan, Namiq Kamal, Yusif Ziya Ortaç, Mehmet Akif Ərsoy, Aşıq Veysəl, Nazim Hikmət, Səbahəddin Ali, Orxan Vəli Kanık, Mehmet Kamal, Can Yücəl, Camal Sürəyya, Əhməd Oktay, Nevzat Çelik və digər ədiblərin şeirləri toplanıb.

Kitabı tərtib edən və dilimizə uyğunlaşdıran Əhməd Oğuz, redaktoru və “Ön söz”ün müəllifi Nəriman Əbdülrəhmanlıdır. / Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!