Saday Budaqlının hekayələr kitabı Türkiyədə çap edilib

 

Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan kitabının tanıdılması və dünyəviləşdirilməsi məqsədilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işi davam etdirilir.

Nazirlikdən bildirilib ki, layihə üzrə tanınmış yazıçı-tərcüməçi, “Qızıl kəlmə” mükafatı laureatı Saday Budaqlının sevilən hekayələrindən ibarət “Yolüstü söhbət” kitabı nəşr olunub.

Şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə çevrilən və “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunan kitab Türkiyəli oxuculara təqdim olunub.

Qeyd edək ki, kitabda ədibin müxtəlif illərdə qələmə aldığı “Yağmursuz havalar”, “Yolüstü söhbət”, “Qırxıncı otaq”, “Yaxşı oğlan”, “Bir yay günü”, “Qoca”, “Şübhə” və digər hekayələri toplanıb. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!