Sentyabrın 1-dən 9-dək Türkiyənin İstanbul şəhərində ərəbdilli kitablardan ibarət beynəlxalq kitab sərgisi açılacaq.
Edebiyyatqazeti.az Azərtaca istinadla xəbər verir ki, Türkiyə Mətbuat Yayım Peşə Birliyi, Beynəlxalq Ərəbcə Kitab Naşirləri Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə reallaşacaq sərgi “Yeni bir dünya kəşf et” devizi altında keçiriləcək.
Sərgidə Misir, İordaniya, Suriya, Livan, Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Səudiyyə Ərəbistanı, Sudan, Mərakeş, İngiltərə, İtaliya, İran və İraqdan olmaqla 200-dən çox nəşriyyat və poliqrafiya şirkətləri təmsil olunacaq.
Dördüncü dəfə təşkil olunacaq sərgidə bir sıra görüşlər keçiriləcək, qarışlıqlı əməkdaşlıq əlaqələri qurulacaq, poliqrafiya və nəşriyyat müəssisələrinin maraq dairəsində olan məsələlər müzakirə olunacaq.
Ölkəmizin sözügedən sərgidə təmsil olunacağı gözlənilir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!