Milli Kitabxanada “Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb

 

Avqust ayının 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Əməkdar elm xadimi, professor Kamal Talıbzadənin 95 illiyi münasibətilə “Kamal Talıbzadə-95” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə müəllifin əsərləri, redaktoru olduğu, “Ön söz” yazdığı, tərtib etdiyi, haqqında yazılan kitablar, dövrü mətbuat materialları nümayiş olunur.

Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq. / Azərtac


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!