Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə kitabxanalarda uşaq ədəbiyyatının təbliğini gücləndirmək məqsədilə 2016-cı ildə “facebook”da “Kitabsevər uşaqlar” səhifəsi yaradılıb və səhifə bu günə qədər fəaliyyətini uğurla davam etdirir.
Nazirlikdən bildirilib ki, layihənin rəhbəri mədəniyyət naziri Əbülfəs Qarayev, ideya müəllifi və rəhbəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru, ”İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin sədri Lətifə Məmmədova, icraçı direktoru isə Qax rayon Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsinin müdiri Əsli İbrahimovadır.
Bildirilib ki, Mirzə Şəfi Vazeh adına Yasamal rayon MKS-in əməkdaşları və oxucuları (istifadəçiləri) layihədə fəal iştirak edirlər. İzləyicilər tərəfindən maraqla qarşılanana səhifə kifayət qədər pərəstişkarlar toplayıb. “Kitabsevər uşaqlar” səhifəsinə daha çox maraq yaratmaq üçün müxtəlif albomlar yaradılıb: “Uşaqlar üçün ən yaxşı kitablar”, “Nağıllara səyahət viktorinasının qalibləri”, “Nağıl qəhrəmanları”, “Komikslər”, “Kitab oxumağı sevirik”, “Sevimli kitablarım” və s.
Səhifədə yayımlanan əsərlərdən (nağıl, hekayə, şeir və s.) kitabxanalarda təşkil olunub “Nağıl otaqlarında”, uşaq bağçalarında istifadə olunur. Maraq dairəsinə, izləmə göstəricilərinə görə səhifə bir neçə kitabxananın “fasebook” səhifələri ilə daima müqayisə edilir. Bu səhifənin təkmilləşdirilməsinə səbəb olur. “Kitabsevər uşaqlar” səhifəsinin paylaşımlarının çatdırıldığı ölkələr sırasında Azərbaycanla yanaşı, Türkiyə, Amerika Birləşmiş Ştatları, Almaniya, İran, İsrail və s. vardır.
Oxucular “Kitabsevər uşaqlar”ın “facebook” səhifəsi haqqında rəy və təkliflərini bildirirlər. Bütün rəylər ümumiləşdirilərək təhlil edilir.
“Kitabsevər uşaqlar” səhifəsi haqqında ətraflı məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək mümkündür: www.facebook.com/groups/kitabseverusaqlar/ http://yasamal.cls.az/document/34688
Azərtac
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!