Amerika kino şirkəti Netflix Corc Oruelin “Heyvanıstan” əsərini ekranlaşdırmaq icazəsini alıb.
Edebiyyatqazeti.az bu haqda məlumatı “Deadlin”e istinadən verir. Şirkət əsəri ekranlaşdırmaq üçün artıq bütün hüquqi sənədlərə imza atıb.
Mənbədən verilən məlumata görə rejissor kreslosunda aktyor Endi Serkis oturacaq.
Oruell “Heyvanıstan” əsərini 1945-ci ildə çapa verib. Əsər 1917-ci il inqilabına alleqoriya olaraq qələmə alınmışdı.
Serkis hələ illər öncə bu əsəri ekranlaşdırmaq və filmdə rol almaq fikrinə düşmüşdü.
Qeyd edək ki, kitab Azərbaycan dilinə ilk dəfə Vilayət Quliyev tərəfindən tərcümə edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!