MƏMMƏD İSMAYILIN NÖVBƏTİ KİTABI QAZAXISTANDA ÇAP EDİLDİ

 

Qazaxıstanın Almatı şəhəri “Oljasın kitabxanası” nəşrlər evi həmyerlimiz şair Məmməd İsmayılın  “Çağdaş ədəbiyyat  ustaları” seriyasından  “Meç nadejdı” adlı şeirlər kitabını nəfis  şəkildə çap etmişdir.

Kitabın annotasiyasında deyilir: "Bu kitaba məşhur Azərbaycan şairi Məmməd İsmayılın lirik şeirləri toplanmışdır. Şeirləri Rus dilinə Y.Kuzentsov,A.Kuşner və M. Sinelnikov  tərcümə etmişlər. Məmməd İsmayıl adı yalnız vətənində deyil, həm də Rusyada,Türkiyədə, eləcədə dünyanın bir çox yerlərində tanınır. Əsərləri bir çox dünya dillərinə çevrilmişdir.Onun nufuzedici poeziyası, özəlliklə lirik əsərləri heç kimin laqeyd qala bilməyəcəyi əsərlərdir.Bu əsərlərdə ötüb keçmiş gəncliyin ayrılmaz  sevgi və  hüzünləri bölüşülür, nüfuzedici həyəcan və itkilərin ağrısı dilə gətirilir. Və oxucusunu həyatın keçiciliyini düşünməyə, eyni zamanda dünyada hər şeyin bir təkrarı olduğu, payızda ölümə gedən təbiət baharda həyatı yenidən canlandırdığı kimi,həyat yollarında çeşidli sınaqlardan keçən  insan da beləcə daha güclü, daha müdrük, daha xeyirxah olacağı ümidinə səsləyir".

Kitabın xüsusiylə gənclər arasında maraq doğuracağına inanırıq. Modern texnoloji çağında yaşayan gənclik şairin şeirlərində könül axtarışlarının əks-sədasını və  özlərini tapacaqdır.

Kitaba şairin dostu və tərcüməçisi Mixail Sinelnikov “Dost və şair haqqında” adlı geniş giriş məqaləsi yazmışdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!